Müdafiə Nazirliyi: Düşmən kombaynı atəşə tutub - YENİLƏNİB + FOTO

OXUNUB: 967 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Ermənilərin açdığı atəş nəticəsində kombayna 10-dək güllə dəyib.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Əbdülrəhmanlı kəndi ərazisində atəşə tutduğu kombaynı idarə edən Veysəlli kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Taleh Kamandar oğlu bildirib ki, taxıl zəmisində biçin işləri aparan zaman ermənilərin atəşinə məruz qalıb.

Sürücü güllələrdən qorunmaq üçün nisbətən təhlükəsiz əraziyə çəkilə bilib. Lakin ermənilərin atdığı güllələr texnikaya ziyan vurub.

 

10:17

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.

Müdafiə Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Mayın 29-da, səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.

Xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.

İcmal.Az

RƏYLƏR