Müdafiə Nazirliyinin mənzil tenderində müəmmalar – Araşdırma

OXUNUB: 406 GÜNDƏM HADİSƏ
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Gəncə rayonu Mənzil İstismar hissəsi və 1,2,3 nömrəli mənzil istismar sahələri və zabit yataqxanasının təmirinə tələb olunan materialların satın alınması üzrə keçirilmiş kotirovka sorğusu yekun vurulub. Reportyor.info məlumat verir ki, bu barədə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə "VERTEN SERVİS LTD” MMC arasında müqavilə bağlanıb. Nəticədə 49 871.54 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, RƏŞİD BEHBUDOV , ev 33, m. 0, qanuni təmsilçisi kimi isə Rüstəmov Vüsal Voroşil oğlu göstərilib.
Burada maraqlı olan nədir? Elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 13.10.2021-ci ildən 27.10.2021-ci il tarixə qədər qəbul olunduğu göstərilir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin satınalma müqaviləsi bağladığı "VERTEN SERVİS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 22.10.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Yəni prosedurda iştirak üçün sənədlərin qəbul olunduğu günlərdə qeydiyyatdan keçib.
Daha maraqlı olan isə MMC-nin qanuni təmsilçisi Rüstəmov Vüsal Voroşil oğlu ilə bağlıdır. Belə ki, açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə sözügedən şəxsin adına 2020-ci ilin təkcə avqust ayında, bir günün içində, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ABBASQULU ABBASZADƏ ev.25. m. 7 ünvanında "Akabe Holding”, "Jss Lumergrand”, "Light Construction” kimi 3 MMC dövlət qeydiyyatına alınıb.
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Tender Komissiyası burada iddiaçının anoloji işlərdə təcrübəsinin olub- olmaması, iddiaçının potensialı, maddi-texniki və kadr imkanları kimi əsas şərtlərin heç birinə əməl etməyib. Bu isə keçirilmiş kotirovka sorğusu üzrə bağlanmış müqavilədə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə şübhə yaratmaya bilmir.
Ümumiyyətlə, sözügedən idarə müxtəlif malların və xidmətlərin satınalmaları üzrə keçirmiş olduğu bir çox kotirovka sorğularının nəticələrini "Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda göstərildiyi müddətdə ictimaiyyətə açıqlamayıb.
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən 2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:
Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tabeliyində olan mənzil istismar sahələri və hərbi yataqxanaların cari təmiri məqsədilə inşaat materiallarının satınalınması üzrə 02.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Gəncə rayonu Mənzil İstismar hissəsi və 1,2,3 nömrəli mənzil istismar sahələri və zabit yataqxanasının təmirinə tələb olunan materialların satın alınması üzrə 13.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Nəticələsi 21.12.2021-ci il tarixdə açıqlanıb.
Tağıyev 1,2,3 və Sitalçay 1 hərbi şəhərciklərinin ərazisində yerləşən bina və qurğuların təmirinə tələb olunan materialların satın alınması üzrə 06.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
İnşaat materiallarının satın alınması üzrə 05.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Məsləhət xidmətlərinin göstərilməsinin satın alınması üzrə 12.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri
 
7News.Az

RƏYLƏR