Ömür Klinikasında daha bir şikayətçi özünü yandırmağa cəhd edib - VİDEOFAKT

OXUNUB: 99 GÜNDƏM HADİSƏ
Bir neçə gün öncə, sentyabrın 10-da adını açıqlamayan Lerik rayon sakini "Ömür” klinikasından şikayəti əsasında videokadrlar çəkib mediada ictimailəşdirmişdi.

Şikayətçi video çəkilişində deyirdi ki, klinika onda 20 min alıb, körpəsini çölə atıb, amma bununla bağlı Hüseyn həkim və klinika rəhbərliyi onlara heç bir cavab vermirlər.

Şikayətçi vətəndaş video çəkilişi zamanı Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa səslənərək işin araşdırılmasını xahiş etmişdi. Amma Ömür klinikasının rəhbəri Tansu xanım Məmmədzadə adına heç yaraşmayan bir şəkildə susur. Buna qədər də klinikanın adı müxtəlif xoşagəlməz məsələlərdə hallanıb, onlayn medianı səhifələmək kifayət edir.

Sentyabrın 22-də daha bir şikayətçi Lerik rayon sakini Ömür klinikasında Hüseyn həkim tərəfindən aldadıldığını iddia edərək, klininikasın içərisində üzərinə benzin tökərək yandırmaq istəyib. Şikayətçi ağbirçək xanım klinikada baş həkimlə və hüseyn həkimlə görüşmək istədiyini bildirib. Şikayətçi Ömür klinikasında 3 ildir nəvəsi olan, 8 yaşlı uşağın müalicəsini Hüseyn həkim tərəfində aparıldığını və nəvəsinin sağlamlığında heç bir irəliləyiş olmadığını, 22 min manatdan çox pul xərclədiklərini deyib: "Mənim nəvəm anadangəlmə xəstədir. Lerik rayonunun Piran kəndindənəm. Mənim uşağım Bakıda kirayə yaşayırdı. Hüseyin həkimi ATV kanalında Zaurun verlişindən eşitmişdik. Uşağın atası da nəvəmi götürüb, gətirib Hüseyn həkimin yanına və həkim söz verib ki, mən bu uşağı sağaldacam. Amma 2 il mənə vaxt ver. İki il ərzində gündə gətirim Hüsey həkimin yanına, nə qədər pul verib, bu müddət ərzində 20 min manatdan çöx pul xərc çıxıb.

İndi problem odur ki, 3 ildir nəvəm sağalmır. Hüseyin həkim isə deyir ki, uşağın sağalmır, neyləyim. Uşaq anadamgəlmə nə danişmır, nə yerimir, nə oturmur, nə eşitmir, nə də səni başa düşmür. Amma əvvəl Hüseyn həkim deyirdi ki, mən uşağı sağaldacam, yeridəcəm. Əgər uşaq sağalmayacaqdısa, niyə bizi aldadırdı Hüseyin həkim? Borc, kredit götürə-götürə, axırda evin satdı Hüseyn həkimə verdi."

Şikayətçinin Ömür klinikasındakı video şikayətini dinləyin:

Amma bizə əsasən təəccübləndirici gəldi ki, Ömür klinikasının gənc bir direktoru Tansu Məmmədazadə niyə vətəndaşların səsinə səs vermir?!

Tansu Məmmədzadə həm də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüdür. Gənc həkim-ginekoloq Almaniyada təhsil aldıqdan sonra ölkəsində klinikanın direktor vəzifəsinə yüksəlib.

Adətən Avropa təhsili almış müasir kadrlar köhnələrdən fərqli olaraq, şikayətlərə həssas yanaşır, rəhbəri olduğu yerin imicini qorumağa çalışır. Ancaq Tansu xanım nədənsə, bu iddia ilə bağlı susur. İnanmaq istəyirik ki, məsələ göründüyü kimi deyil.

Bununla bağlı Ömür klinikasının rəhbəri Tansu Məmmədzadənin və Hüsey həkimin münasibətləriin işıqlandırmağa hazırıq./Amia. Az

RƏYLƏR