Müştəri kimi taksiyə mindilər, sürücünün başına oyun açdılar - Bakıda

OXUNUB: 532 HADİSƏ
Rayonun 20-ci sahə adlanan ərazisində taksi sürücüsü naməlum şəxslərin hücumuna məruz qalıb.

İcmal.Az-ın məlumatına görə, Yaşar Babayev "Opel” markalı avtomaşını idarə edən zaman 2 nəfər şəxs müştəri qismində onun maşınına əyləşib və 20-ci sahəyə sürməyini istəyib. Mənzil başına çatanda isə müştərilər pul vermək əvəzinə taksi sürücüsünü döyüblər. 

Zərərçəkən döyüldükdən sonra 8-ci Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıb. Hazırda taksi sürücüsünü döyən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
 

İcmal.Az

RƏYLƏR