Müxalif liderlərin xristian oğulları və Blinkenin Bakıdakı müridlərinin sarı sevinci - DEPUTATIN YAZISI

OXUNUB: 472 SİYASƏT
Çoxdanın söhbətidir. Futbolumuzun çox bərbad olan vaxtları idi. Stadionda millimizə azarkeşlik eləməyə getmişdik və artıq 80-ci dəqiqədə rəqib bizi 4-0 hesabı ilə məğlub edirdi. Birdən bütün stadion ayağa qalxdı. İlahi, hamı necə sevinirdi. Necə qışqırırdı. Nəyə? Niyə? - Qarşı tərəfin oyunçusu sarı kart alıbmış deyə. Kənardan baxan elə sanardı, 5 topu birdən vurub oyunu udmuşuq. Amma yox. Heç nə dəyişməmişdi. Biz sadəcə təsəlli axtarışında idik. Mənasız təsəlli axtarışında. Vəssalam.

İndi Blinken nəsə deyib, din azadlığı haqda hansısa dəxilsiz hesabatda Azərbaycanın adı mənfi çalarla keçib və radikal müxalifətimizin nümayəndələri bu hadisədən elə sevinirlər, elə atılıb-düşürlər, sanki seçki-filan udublar.

 BLİNKEN.jpeg (63 KB)


Deyib, deyib də."Nəsə deməliyəm” repertuarından növbəti, "ənənəvi” söhbətini edib də. Bundan sizə nə, ay zavallılar? Nəyə sevinirsiz? Hansı gününüzə atılıb-düşürsüz?

Prezidentlik müddəti 7 ildir. Kərimlinin isə 59 yaşı var. Növbəti seçkidə olacaq 66. Bir dənə də boykotun ardınca - 73. Daha sonra 80...

Həyat 10 addımlığından ötüb gedir, xəbəri belə yoxdur. Üstəlik, nə qəribədir, yanındakılar da xoşbəxtdir. Qənimət fransız "stil”inə keçib. Fuad özünə təzə "nootbuk” alıb. Gültəkin dünya turnesinə çıxıb. Tofiq Yaqublunun yaxınları isə həbsxananın qarşısından elə təbəssümlü, xoşbəxt simalı şəkillər paylaşırlar, arxa fon olmasa sanarsan xınayaxdıda - filan çəkilib.

Kafkanın sözüdür: "Bədbəxtliyə öyrəşməkdən və həmin bədbəxtliyi özün üçün adiləşdirməkdən betər heç nə yoxdur, bu həyatda.” Möhür söhbətdir, gerçəkdən. Baxmayaraq ki, "hər betərdən daha betəri var” – kəlamı da qulağımıza daim sırğa olan frazalardandır.

Və...indi uzatmadan deyim, mövzunu hara gətirirəm...

Siz təsəvvür edə bilirsinizmi ki, hansısa narkoman öz övladına iynə təklif etsin? Ya da kimsə övladına desin ki, bərabər baş kəsməyə gedək? İnanmıram. Mümkünatı yoxdur. Çünki, övlad son həddir. Qırmızı xətdir. Bir insan əyri, səhv, yanlış yola kimi desən təhrik edər, bircə övladından savayı. Qıymaz ona. Kənar saxlayar.

 
KERİM SON.jpg (51 KB)
Kərimli isə hazırda bütün cinayətlərə məhz öz övladını alət edir. Nə var-nə var, verilən pulların qulağından kimsə kəsməsin deyə. Dəhşət bax budur!

Erməni əsilli konqresmenlərlə, ermənilərin özü ilə davamlı yazışan, Londonun alt məhəlləsində "söyüş müxalifəti”nin koordinasiya mərkəzinin yaradılması üçün sığota öhdəliyi götürən, partiya bileti satan, fransız xüsusi-xidmət orqanları ilə əməkdaşlığa, Bakıda həbsdə yatan Vardanyanın qan qohumları ilə Nyu-Yorkda "iş görüşməsinə” sövq edilən Türkel Kərimlinin günahı nədir? Axı onun nənəsinin, babasının, əzizlərinin qəbri Azərbaycandadır. Axı o, bir gün öz vətəninə dönmək istəyəcək. Axı bu adam yetərincə normal təhsil almışdı, dövləti üçün faydalı ola bilərdi...

İnsan nə qədər qəddar və ambisiyalı olmalıdır ki, övladını öz cinayətlərinə şərik eləsin, ondan yaramaz missiyalarını gerçəkləşdirmək üçün bəhrələnsin?

Hələ nələr var, nələr. Hər şey eyni anda açıqlansa, vallah-billah əsl zəlzələ bax onda olar.

*

Və ən sonda. Qayıdıram yenə din məsələsinə.

Barı bunlar din azadlığından danışmasın. Ya da Blinken kimilər ağzını açanda "ələkçinin qıl verəni” obrazına girməsin.

Çün, ölkədə radikal müxalifəti təmsil edən 2 əsas partiya var və hər iki təşkilat sədrinin övladı xristianlığı qəbul edib.

Kanadada "erməni soyqırımı” haqda sənədli film çəkən də, bayaq haqqında danışdığım da.

P.S. Bundan böyük azadlıq?!

 ELSEN SON.jpg (40 KB)

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

RƏYLƏR