Müxalifət Yerevanın büdcəsini tənqid etdi - Mer özünə brend kostyum almaq istəyir

OXUNUB: 1112 ERMƏNİSTAN

Yerevanın 2018-ci il büdcəsi 48 milyon dram (təqribən 100 min dollar) kəsirlə qəbul olunub.

Müxalifət şəhər büdcəsinin "dekorativ xərclər"lə yükləndiyini, əsas məsələlərin isə nəzərə alınmadığını hesab edir.

"Ərik ölkəsi" partiyasından olan Marine Xaçatryan bildirib ki, büdcədə dəftərxana malları və paltarlarının alışına təqribən 150 min dollar xərclənməsi qeyd olunur:

"Yəni mer Taron Marqaryan şəhər büdcəsi hesabına özünə dəftərxana paltarı qismində brend kostyum almaq istəyir"./trend

 

İcmal.Az

RƏYLƏR