Muxtar Babayev "Amburan Beach Club"u niyə müdafiə edir: XƏZƏR DƏNİZİ BELƏ "ZƏHƏRLƏNİR" (VİDEO)

OXUNUB: 568 Özəl GÜNDƏM İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aslan İsmayılov video paylaşaraq məlumat verib: "Videonu paylaşan Ömər İbrahim yazır: "Bilgəh ərazisində kanalizasiya sularını qanunsuz olaraq dənizə axıdırlar. Bu səbəbdən su çirklənir ətrafa isə çox pis qoxu yayılır. Həmin kanalizasiya xəttinin Amburan Beach Club məxsus olduğu
bildirilir. (Bir çox ölkələrdə bu problemi sistern yük maşınları həll edir. Boru sistemləri ilə toplanan insan ifrazatları zirzəmilərdə maşınlara yüklənir və şəhərin kənarındakı təmizləmə stansiyalarına boşaldılır)”.
Daha sonra A.İsmayılov çirkab sularının mənbəyinin tapılması üçün Ekologiya ironik nazirinə müraciət edib: "Dünən Bilgəh çimərliyinə çirkli suların axıdılmasını əks etdirən videoya (bit.ly/3SiFTMT) Amburan Beach Club öz səhifəsində belə bir bəyanatla cavab verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Amburan Beach Clubdan xahiş edirəm, videoda dənizə axıdılan suyun mənbəyi barədə açıqlama versinlər. Bəlkə mineral sulardır, xəbərimiz yoxdur?!"
7NEWS.az
 

RƏYLƏR