Muxtar Babayev nazirliyi idarə edə bilmir: BÜTÜN RESPUBLİKA ÜZRƏ AĞACLAR KÜTLƏVİ KƏSİLİR - RƏSMİ

OXUNUB: 237 GÜNDƏM Özəl

Baş Prokurorluğun Mətbuat xidmətindən 7NEWS.az-a verilən məlumata görə ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın müxtəlif rayonlarında ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.

Belə ki, Qəbələ, Lerik və Zaqatala rayonu ərazisində ümumilikdə 111 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 23 min manatdan çox ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

RƏYLƏR