"Nant"ın futbolçusu matç günü oruc tutduğu üçün heyətdən kənarlaşdırılıb

OXUNUB: 145 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, "Nant"ın baş məşqçisi Antuan Kombouare, oyunçusu Jaouen Hadjamın matç günü oruc tutmamasını istədiyini açıqlayıb və bu tələbi rədd edən əlcəzairli futbolçunu oyundan kənarlaşdırıb.
Antuan Kombouare " Hadjamla bir problem yoxdur. Ramazanını bitirəndə komandaya geri qayıdacaq. Bir mübahisə yoxdur, bu, sanksiya deyil. Mən baş məşqçiyəm, həyatın öz qanunları var. Buna hörmət etməyənlər, seçilməyəcək"-deyib.

7NEWS.az

RƏYLƏR