“Napoli” 33 ildən sonra İtaliya A Seriyasının qalibi oldu

OXUNUB: 137 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki  İtaliya Birinci Futbol Liqasının (Seriya A) 33-cü həftəsində səfərdə "Udineze” ilə 1:1 bərabərə qalan "Napoli” mövsümün bitməsinə 5 həftə qalmış ən yaxın izləyicisi "Latsio”nu 16 xal qabaqlayaraq çempionluğunu elan edib.

Liqanın aşkar lideri olan "Napoli" "Daçiya Arena"da "Udineze" ilə üz-üzə gəlib.
Ev sahibi "Udineze” 13-cü dəqiqədə Sandi Lovriçlə 1:0 önə keçib və ilk hissə belə başa çatıb.

"Napoli" 52-ci dəqiqədə nigeriyalı hücumçu Viktor Osimhenin qapısından 1:1 hesablı heç-heçə edib.

7NEWS.az

RƏYLƏR