"Napoli"nin çempionluq şənliyində qarşıdurma: 1 ÖLÜ 200 YARALI VAR

OXUNUB: 128 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, "Napoli"nin 33 ildən sonra A Seriyasında qazandığı qələbə şəhərdə coşqu ilə qeyd olunub. Bayram şənlikləri zamanı bir azarkeş ağır yaralanaraq dünyasını dəyişib. 200 nəfərin xəstəxanaya yerləşdirildiyi, onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Futbol üzrə İtaliya Birinci Liqasının (A seriyası) komandası olan "Napoli" dünən "Udineze" ilə keçirdikləri matçda meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Beləliklə, Cənubi İtaliya komandası xalını 80-ə yüksəldərək, liqada 33 ildən sonra çempionluğunu rəsmən elan edib.

Dünən şəhərdə keçirilən şənlik zamanı 26 yaşlı azarkeş açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya aparılaraq dünyasını dəyişib.

7NEWS.az

RƏYLƏR