Nardaranda torpağa basdırılmış silah tapılıb

OXUNUB: 462 HADİSƏ

Nardaranda torpağa basdırılmış silah tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı "Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. 

Bundan başqa, Sabirabad  Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Çöl-Beşdəli kənd sakini Cavanşir Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Aparılan profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan "TOЗ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır. 

İcmal.Az

RƏYLƏR