"Nardaranlı Bala"nın dəstəsinin üzvü olan şəxs 18 ildən sonra tutuldu

OXUNUB: 569 SOSİAL

Azərbaycanda 18 ildir axtarışda olan şəxs tutulub. 

İcmal.Az report-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü İlhan Əliyev "Nardaranlı Bala" ləqəbi ilə tanınan kriminal avtoritet Balaqardaş Dadaşovun dəstəsinin üzvü olub. 

İlhan Əliyev 2000-ci ildən Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə axtarışa verilib. Amma o, istintqadan qaçaraq gizlənib. İ.Əliyev 18 ildən sonra saxlanılıb. 

 

Məlumata görə, həmin dəstə üzvləri Azərbaycanda adam oğurluğu ilə məşğul olub. Dəstə üzvlərinin bir qismi artıq cəzalarını çəkərək azadlığa çıxıb.

İcmal.Az

RƏYLƏR