“NARGİZ MALL” – 10 il sizinləyik (26 OKTYABR SAAT 11-DƏ HƏR KƏS BU MƏKANA GƏLSİN)

OXUNUB: 4535 GÜNDƏM MARAQLI

7NEWS.az xəbər verirki, tam 10 il əvvəl 26 oktyabr 2007-ci il tarixində Bakının mərkəzində İSR Holding-in şirkətlər qrupuna daxil olan İSR İnvestments Co MMC-yə məxsusu "Nərgiz Ticarət Mərkəzi” öz qapılarını alıcıların və ziyarətçiləri üçün rəsmi açdı. Açılış Bakı şəhər İcra başçısı Hacıbala Abutalovun iştirakı ilə həyata keçirilmişdir. Ticarət Mərkəzi çox da böyük olmasa da o zamana görə Bakıda sosial və iş sferasında tamamilə yeni və unikal, eləcə də çox praktik bir ilk idi. Ticarət Mərkəzi açılmamışdan öncə ölkədə sözqgedən sahə ciddi şəkildə araşdırılmış ,mövcud risklər gözə alınmışdır. 3-mərtəbədən ibarət olan bu gözəl Ticarət Mərkəzi hal hazırda da öz fəaliyyətini müvəfəqiyyətlə həyata keçirir. Ticarət mərkəzi bugün "Nargiz Mall” adı ilə fəaliyyətdədir. Binada McDonald`s (birinci mərtəbədə), Zara, Bershka, Second cup, Bijuteri, Jimmy key, Collezione , VR club, 2Go outlet, Dalida kafe, Səbət restoran, Dalida kids uşaq əyləncə yerləri və dükanlar vardır.

"Nargiz Mall” həftənin 7 günün səhər saat 10:00- dan axşam saat 22:00-a qədər müştərilərin xidmətindədir. 26 oktyabr 2017-ci il tarixində səhər saat 11:00 dan başlayaraq 10 illik ad günü münasibəti ilə klounların, müğənnilərin iştirakı və canlı müsiqili proqramlı, hədiyyə prizləri olan əyləncəli bir günü Sizinlə paylaşmaq niyyətindədir.

Bizim ad günümüzü qaçırmayın.








RƏYLƏR