NATO Müdafiə Nazirləri Toplantısının ikinci gün sessiyaları başlayıb

OXUNUB: 122 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısının ikinci gün sessiyaları başlayıb. Müdafiə nazirləri NATO-ya üzvlük üçün müraciət prosesi davam edən İsveçin də daxil olduğu Şimali Atlantika Şurasının iclasında iştirak edib. İclasın açılış nitqi ilə çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumları səbəbindən Avro-Atlantik təhlükəsizliyə ciddi təhlükə var. Hazırda NATO-nun birbaşa komandanlığında 40 mindən çox əsgərin olduğunu bildirən Stoltenberq havadan və dənizdən dəstək alan daha çox əsgərin yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb.

7NEWS.az

RƏYLƏR