Nazir müavini Bakı sakininin e-mail ünvanını blokladı

OXUNUB: 538 GÜNDƏM HADİSƏ
Maliyyə nazirinin müavini Cavanşir Yusifov Bakı sakini Anara Baazovanın e-mail ünvanını bloklayıb. 

Bu barədə Baazovanın özü məlumat verib.

"Görünür, yazdığım məktublar onu narahat edir, bu baxımdan, elktron poçtumu bloka atıb”, deyə Baazova bildirib.

Anara Baazovanın şikayəti ona düşən kompensassiyanın ödənilməməsi ilə bağlıdır. Mirzəağa Əliyev küçəsi dalan 2, ev 10 ünvanında şikayətçiyə məxsus 205 kvadrat metrlik mənzil olub. Lakin Maliyyə Nazirliyi həmin mənzili "yox”a çıxarıb. Beləliklə də Baazovaya kompensasiya ödənilməyib. 

Sonradan vətəndaş müvafiq qurumlara müraciət edib. Nəticədə Baazovanın mənzili tapılıb. Lakin Maliyyə Nazirliyi bu halda da kompensasiyanı ödəmək istəmir.

Bu məsələdə maraqlı məqamlardan biri də Baazovanın evi Zaur Mahmudov adlı şəxsin adına rəsmiləşdirilib. 

"Lakın Sizə göndərdiyim 64/150/1 şərti kodu ilə işarələnmiş sənədlərdən göründüyü kimi Zaur Mahmudov adlı şəxsin evi dalanın sol hissəsində yerləşib və sonuncu həmin hissəyə dair 28 dekabr 2018-ci il tarixdə alqı-satqı yolu ilə hüquqlarını satıb. 11 fevral 2019-cu ildə isə Zaur Mahmudov üçün yeni akt tərtib edilir və qeyd edilir ki, Mahmudovun dalanın sol tərəfində yerləşən evinin pulu hesablanarkən eyni dalanın sağ tərəfində 2, 3 saylı ev olub, orada isə Mahmudovun qarajı yerləşib.

Necə oldu ki, dalanın sol tərəfində yerləşən 3 saylı ev dalanın sağ tərəfinə köçdü?” deyə Baazova Cavanşir Yusifova ünvanladığı müraciətdə qeyd edir.

Zaur Mahmudova gəlincə, iddialara görə, o, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğlunun sürücüsüdür. /Qaynarinfo

RƏYLƏR