Daxili İşlər Naziri təyin olunandan sonra general-leytenant Vilayət Eyvazovun ilk görüntüləri yayılıb.
"Yeni Sabah” xəbər verir ki, nazir dünən Quba Rayon Polis Şöbəsində olub. Nazir burada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən 22 sakini ilə görüşüb. Onların müraciətlərini dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verib.
Qəbuldan hazırlanmış videosüjeti təqdim edirik: