"Sahil – D Company” MMC rəhbəri Adilağa Hüseynov inanılmaz faktlar açıqlayıb. A. Hüseynov Zöhrab Əliyev, Nazim Hüseynov və başqa şəxslərin 2015-ci ildən etibarən şirkətin adından istifadə edərək bina sakinlərindən 1, 5 milyon manat mənimsədiklərini söyləyib. Onun sözlərinə görə, dəfələrlə yazılı və şifahi müraciət etsə də, məbləğin hara sərf edildiyi haqda hesabat verməyiblər. Şirkət rəhbəri deyir ki, həmin şəxslər elektrik enerjisi probleminin həlli adı ilə sakinlərdən imza toplayaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti altında "Xətai 33” şirkəti təsis ediblər. Bütün bunların baş verməsində köməkçi şəxs Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimai əlaqələr şöbəsinin rəisi Aynur Sabitova olub. Buna göz yumması isə şöbə rəisinin atasının həmin binada yaşaması olub. A. Hüseynov bildirir ki, etdiyi şikayətlərə baxmayaraq, onlar çirkin əməllərini davam etdiriblər: "Aynur xanımın atası Zakir müəllim binada yaşayır. Məhz məmur xanımın köməyi ilə bu iş həyata keçirilib və şirkət qeydiyyata alınıb. Mən artıq teleqram vurmaqdan, məktub yazmaqdan yorulmuşam. Mən cənab Prezidentdən kömək istəyirəm. Aynur Sabitovanın köməkliyi sayəsində başqasının adına olan 700 kv qeyri-yaşayış sahəsi ilə bağlı Nərimanov məhkəməsində öz xeyrinə qətnamə çıxarıb, bizim sübutlar qəbul olunmayıb./Reportyor.info
Ana səhifə
/
GÜNDƏM / HADİSƏ / Nazirin kadrının adı 1,5 milyonluq mənimsəmədə: Aynur Sabitova ilə şirkət arasında skandal – Video
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
Qanunsuz şans oyunlarının reklam edilməsində məqsəd nədir?
26.10.2023, 15:30 / GÜNDƏM, HADİSƏ -
Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video
21.10.2023, 21:39 / GÜNDƏM, HADİSƏ -
Bakıda uşaq bağçasının ərazisi 13 milyona satışa çıxarıldı (FOTOFAKT)
13.10.2023, 10:04 / GÜNDƏM, HADİSƏ -
VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
02.10.2023, 11:28 / GÜNDƏM, HADİSƏ -
Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
01.10.2023, 10:08 / GÜNDƏM, HADİSƏ -
“Türk Hava Yolları”nın Bakı ofisinin rəhbərinin sürücülük hüququ məhdudlaşdırla bilər
15.09.2023, 14:10 / GÜNDƏM, HADİSƏ -
Deputatın sürücülük hüququ məhdudlaşdırıla bilər (SƏBƏB)
15.09.2023, 14:07 / GÜNDƏM, HADİSƏ -
Turalənin işində adları hallanan şəxslər işdən çıxarıldı
26.07.2023, 12:35 / GÜNDƏM, HADİSƏ
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, İQTİSADİYYAT Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib
-
GÜNDƏM, SİYASƏT Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB