Nazlı doğuş anını izləyiciləri ilə paylaşdı - Fotolar

OXUNUB: 910 ŞOU-BİZNES

"İşte benim stilim” yarışması ilə məşhurlaşan müğənni Nazlı Hamarat doğuş anının fotolarını İnstaqram hesabında paylaşıb.

 
İcmal.Az Türkiyə mediasına istinadən xəbər verir ki, suda övladını dünyaya gətirən zaman çəkilmiş şəkillərə Nazlı belə şərh yazıb:

"Görəsən, nə qədər günahım var ki, bu qədər sancı çəkdim. 20 saat yüngül, 2 saat ağır sancılarım oldu. Bir saat isə suda qalıb, övladımı dünyaya gətirdim”.

 

Qeyd edək ki, sənətçinin iş adamı əri Emir Cevdet Şaşmaz illər əvvəl Ukraynada boğazı kəsilərək qətlə yetirilib. 

Nazlı ərinin 40 mərasimini gözləmədən Aydın Qaffar adlı şəxslə eşq yaşamağa başlamışdı. Lakin Aydının münasibətləri rəsmiləşdirmək istəməməsi cütlüyün ayrılığına səbəb olub.





İcmal.Az

RƏYLƏR