Öncə həyat yoldaşını, sonra özünü bıçaqladı

OXUNUB: 476 HADİSƏ

Göyçay rayon sakini həyat yoldaşını ailə münaqişəsi zəmində bıçaqlayıb.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində Heydər Əliyev parkında baş verib.

1976-cı il təvəllüdlü Kürdəmiş kənd sakini Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızını bıçaqlayıb, daha sonra isə özünə bıçaq xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR