Neft Fondu ötən il “Cənub Qaz Dəhlizi” layihəsi üçün 797 mln. manat xərcləyib

OXUNUB: 1202 GÜRCÜSTAN MARAQLI Səhiyyə ERMƏNİSTAN

Bakı. 1 may. / Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il “Cənub Qaz Dəhlizi” (SGC) layihəsinin maliyyələşməsi üçün 797 427,6 min manat ayırıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin təsdiqlədiyi ARDNF-in 2016-cı il xərcləri üzrə büdcəsində yer alıb.

Məlumata görə, Neft Fondu 2016-cıl ildə Türkiyədə “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün 331 776,0 min manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün isə 66 174,5 min manat xərcləyib.

ARDNF-in qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün ayırdığı vəsaitin həcmi isə 89 994,9 min manat olub.

RƏYLƏR