Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var

OXUNUB: 482 Özəl GÜNDƏM İQTİSADİYYAT
Nəqliyyat infrastrukturu ənənəvi olaraq ictimai istehsalm əsas sferası kimi çıxış edir və təsərrüfat kompleksində əsas yer tutur. O, əmək bölgüsünün maddi əsasmı təşkil edir və istehsalla istehlakçmm, sənaye ilə xalq təsərrüfatının, hasilat və emal sənayesinin müxtəlif iqtisadi rayonlararası çoxtərəfli əlaqəsini yaradır. 
Regional təsərrüfatın bütün sahələrinin iqtisadi və səmərəli fəaliyyəti nəqliyyat sahəsinin inkişafından asılıdır. Nəqliyyatın bütün növlərinin əsas funksiyası  ölkənin təsərrüfat kompleksinin yük və sərnişin daşımasını, istehsal sahələrinin öz aralarında qarşılıqlı əlaqəsini təmin etməkdir.
Nəqliyyat infrastrukturu iqtisadiyyatda və müəyyən regionda təklif olu- nan sosial şəraitə təsir göstərir. Regional iqtisadiyyatın nəqliyyat-logistika infra­ strukturu ərzaq və ehtiyatların tənzimlənməsi yolu ilə axınının davamlı iqtisadi inkişafını təmin edən təşkilati-iqtisadi sistemdir. 
Nəqliyyat infrastrukturunun inkişafı regional iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi üçün obyektiv zəruri zəmini daha da yaxşılaşdırır.
Нər bir ərazinin inkişafında nəqliyyat infrastrukturu bu regionun iqtisadi və istehsal potensialından maksimum səmərəli istifadə edilməsini və əsas istehsal sahələrinin inkişafı və fəaliyyəti üçün normal şəraitin yaradılmasım təmin etməlidir. 
Regionun əmək bölgüsündən və ixtisaslaşmasından asılı olmayaraq, hər bir ərazi inkişaf etmiş və kifayət qədər nəqliyyat, digər kommunikasiya sistemlərinə, onun digər elementar yığımına malik olmalıdır, çünki əsas və daimi qurğular iqtisadiyyatın (nəqliyyatın) bu sahəsinin fəaliyyəti üçün mütləq bir şərt olmasından başqa, həm də istehsal qüvvələrinin yerləşdirilməsi və inkişafı üçün ən mühüm amildir.
Nəqliyyat infrastrukturunun formalaşmasının keyfiyyət göstəriciləri kimi nəqliyyat şəbəkələrinin yerləşdirilmə xüsusiyyətləri və onlann asılılıq göstəriciləri çıxış edir.
Ümumiyyətlə, nəqliyyat infrastrukturunun əsas məqsədi sərnişinlərin, yük  axınmın hərəkətinin sürətləndirilməsini, iqtisadiyyatda nəqliyyat xərclərinin azaldılmasmı, keyfiyyətli rəqabətqabililiyyətli nəqliyyat xidmətləri ilə region iqtisadiyyatmm sosialyönümlü inkişafının dayanıqlığını təmin etməkdir.
Nəqliyyat infrastrukturunun əsas elementləri :
 Nəqliyyat- logistika müəssisələri: (nəqliyyat təşkilatları, ekspedisiya agentlikləri, logistika şirkətləri və.s);
İstismar rabitə yolları: (avtomobil yolları, dəmir yolları, su yolları, hava yolları, boru kəmərləri);
Nəqliyyat servis obyektləri: (terminallar, texniki xidmət stansiyaları, yanacaqdoldurma stansiyaları və.s);
Bütün nəqliyyat növlərinin səyyar tərkibi: ( avtomobillər, səyyar dəmiryol tərkibi, dəniz, çay, hava)
Nəqliyyat-logistika infrastrukturunun inkişafına dair böyük planlar vardır. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var;
Fatimə Talıbzadə. Azərbaycan Dövlət Pedaqoji Universiteti

RƏYLƏR