Nigeriyada 2 həftədə 77 terrorçu zərərsizləşdirilib

OXUNUB: 196 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Musa Danmadami verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinin 26 yanvar-8 fevral tarixləri arasında Borno əyalətində terror təşkilatları Boko Haram və ISWAP üzvlərinə qarşı əməliyyatlar həyata keçirdiyini bildirib. Danmadami əməliyyatlarda 77 terrorçunun öldürüldüyünü, 17 terrorçunun və terrorçulara logistik dəstək verən 9 nəfərin ələ keçirildiyini qeyd edib. Əməliyyatlarda 340 terrorçunun orduya təslim olduğunu bildirən Danmadami, terrorçulara aid çoxlu silah və mühüm sursatların ələ keçirildiyi barədə məlumatı paylaşıb.

7NEWS.az

RƏYLƏR