Nigeriyada 5 nəfər müəmmalı xəstəlikdən dünyasını dəyişib

OXUNUB: 147 Özəl DÜNYA

Nigeriyanın Kaduna əyalətində diaqnoz qoyulmayan xəstəlik səbəbiylə 5 adam həyatını itirdi, 10 adam xəstəxanada müalicə altına alındı. 

7NEWS.az xəbər verir ki, Nigeriyanın Kaduna əyalətindəki Ser Patrick Yakowa Xəstəxanasının katibi Ezra Coşua verdiyi açıqlamada, əyalətin Kafançan bölgəsində diaqnoz qoyulmayan xəstəlik səbəbiylə 5 nəfərin öldüyünü, 10 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib. 

Həyatını itirən şəxsin ölüm səbəbi ilə bağlı araşdırmaların davam etdiyini bildirən Joshua, xəstəxanaya gətirilənlərdən bəzilərində öskürək və qusma müşahidə edildiyini qeyd etdi. 

7NEWS.az

RƏYLƏR