Nijni Novqorodda son həftə ərzində ikinci jurnalist həlak oldu

OXUNUB: 615 DÜNYA

İyulun 21-də "Arqumentı i faktı” nəşriyyat evinin Nijni Novqorodda yoxa çıxan jurnalisti Sergey Qraçovun meyiti tapılıb. 

Bu barədə İcmal.Az TASS-a istinadla xəbər verir.

Jurnalistin itməsi ilə əlaqədar axtarışları həyata keçirən Nijni Novqorodun "Rıs” axtarış-xilasetmə qrupu "VKontakte” saytındakı səhifəsində məlumat yayıb:   

"Tapıldı, ölüb. Yardıma və məlumatın yayılmasına görə hər kəsə təşəkkür! Mərhumun qohumlarına və yaxınlarına başsağlığı veririk”.

Daha öncə jurnalistin Nijni Novqoroda ezamiyyət zamanı yoxa çıxması barədə xəbərlər yayılmışdı. Son dəfə onu iyulun 21-də mehmanxanadan çıxan zaman görüblər. İyulun 27-də isə qəzet əməkdaşının itkin düşməsi faktı üzrə cinayət işi açılmışdı.

Xatırladaq ki, bu, son həftə ərzində Nijni Novqorodda ikinci jurnalist ölümüdür. Bir neçə gün əvvəl "Nijni Novqorod” telekanalının əməkdaşı Denis Suvorov qətlə yetirilmişdi.

İcmal.Az

RƏYLƏR