Nişanlısı tərəfindən zorlanıb hamilə qalan 16 yaşlı qızla bağlı - Açıqlama

OXUNUB: 696 HADİSƏ
"16 yaşa çatmış bir qızın zorlanma faktı ilə bağlı istənilən halda 18 yaşa qədər cinsi zorakılıq faktı cinayətdir. 18 yaşdan sonra da bu cinayət hesab olunur".

İcmal.Az  xəbər verir ki, bu sözləri açıqlamasında hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, bu yaş həddinə çatmamış vətəndaşla zorla cinsi əlaqəyə girmək 150.3 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. Lakin, bu məsələdə qızın şikayət verib verməməsi də əsas məqamdır. Bəzən barışıq elan edirlər, könüllülük əsasında məsələ həll olunur:

"Amma ən azından şikayət verilməlidir, hamilə qalıbsa bu təsdiqini tapmalıdır. İstintaq başlayıb və fakt tam sübuta yetirlmədiyinə görə həmin hələ də şəxs azadlıqdadır. Hazırda hadisə ilə bağlı ilkin ibtidai təhqiqat aparılır".
Hüquq müdafiəçisi əlavə edib ki, qız könüllü olaraq da nişanlısı ilə kontakta girə bilər və qarşı tərəfin də bununla bağlı müyyən sübutları ola bilər. Bu məsələ həssas mövzudur. Lakin hər bir halda burada cinsi zorakılıqdan söhbət gedir. Məsuliyyəti çox ağırdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakıda 16 yaşlı qızın nişanlısı tərəfindən zorlanması hadisəsi Komitə tərəfindən nəzarətə götürülüb:

"Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonunda nişanlısı tərəfindən zorlanan 16 yaşlı qızla bağlı araşdırma aparır. Hadisə ilə bağlı yayılmış məlumat təsdiqini tapdıqdan sonra əlavə məlumat veriləcək".

Qeyd edək ki, Suraxanı rayonunda zorlama hadisəsi baş verib. Nişanlı toya qədər gözləyə bilməyib və gələcək həyat yoldaşı ilə onun iradəsinə zidd olaraq cinsi əlaqədə olub.
Fevralın 11-də Suraxanı qəsəbə sakini, 40 yaşlı A.Q. polisə müraciət edib.

Qadın bildirib ki, yeni il gecəsi (31 dekabr 2017) onun 2002-ci il təvəllüdlü qızı evlərinə qonaq gəlmiş nişanlısı – 1996-cı il təvəllüdlü Gürcüstan vətəndaşı M.Q. tərəfindən zorlanıb.
Zorlamazdan əvvəl gəncin nişanlısına psixotrop maddə verdiyi bildirilir. Hadisənin üstü bir ay yarım sonra açılıb, qızın hamilə qaldığı ortaya çıxıb.
Hələlik fakt üzrə heç kim saxlanılmayıb, 31 saylı polis bölməsi fakt üzrə araşdırma aparır./sonxeber.az
İcmal.Az
 

RƏYLƏR