Norveç Almaniyadan 54 Leopard 2 tankı sifariş edəcək

OXUNUB: 146 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Norveç hökuməti Almaniya istehsalı olan Leopard 2 tanklarını sifariş edəcəyini açıqlayıb. Almaniyanın Krauss-Maffei Wegmann şirkətinin istehsalı olan Leopard 2 əsas döyüş tankı Norveç ordusunun istifadəsinə veriləcək. Alman şirkəti Krauss-Maffei Wegmann tərəfindən istehsal olunan əsas döyüş tankı Leopard ilk dəfə 1979-cu ildə Alman ordusu tərəfindən istifadə edilmişdir. Sözügedən tankın ən son versiyası olan Leopard 2 tanklarından bu gün Türkiyə, Polşa, İspaniya, Yunanıstan, Danimarka, Norveç, İsveç, Finlandiya, İsveçrə və Avstriya da istifadə edir. Almaniya istehsalı olan tankların başqa ölkələrdə istifadə edilməsi üçün Almaniyanın icazəsi lazımdır.

7NEWS.az

RƏYLƏR