Novruz Məmmədov "Bakı-Tbilisi-Qars"dan yazdı

OXUNUB: 564 SİYASƏT

"Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı tarixi hadisədir”.

İcmal.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "Twitter” səhifəsində yazıb. 

O qeyd edib ki, 2017-ci il müstəqil Azərbaycan tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq: "Böyük tarixi hadisələr sırasında Yeni əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra bu gün iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışıdır. Yolun daim uğurlu olsun, Azərbaycan!" 

 

İcmal.Az

RƏYLƏR