Novruz Məmmədov: “Prezidentin Davosda 30-a yaxın görüşü planlaşdırılıb”

OXUNUB: 578 SİYASƏT
"Davos Forumu xüsusilə problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır”.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "feysbuk” səhifəsində yazıb.

Davos İqtisadi Forumunun dünəndən işə başladığını qeyd edən N.Məmmədov bildirib ki, Forumda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir.

"100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıbdır. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaqdır”, - deyə o bildirib./publika

İcmal.Az

RƏYLƏR