Novruz Məmmədovun ilk xarici səfəri

OXUNUB: 511 SİYASƏT

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakının "Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

Bu barədə İcmal.Az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, N.Məmmədov aprelin 21-də Azərbaycanın Baş naziri təyin edilib. Fransaya səfər N.Məmmədovun bu vəzifədə xarici ölkəyə ilk səfəridir. 

İcmal.Az

RƏYLƏR