Novxanı çimərliyində 1 nəfər batıb

OXUNUB: 504 HADİSƏ

Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfər batıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub. 

Məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

 

İcmal.Az

RƏYLƏR