Nyu York polisi bu səbəbdən 121 milyon dollar təzminat ödədi

OXUNUB: 150 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Nyu Yorkda vəzifə səlahiyyətlərindən sui-istifadə edən polis məmurlarına qarşı açılan iddialarda zərərçəkənlərə 121 milyon dollar təzminat ödənildiyi açıqlanıb.

Nyu Yorkun ən böyük cinayət və ictimai xidmət təminatçısı Legal Aid tərəfindən açıqlanan məlumatlar, bu məbləğin son beş ildə ən yüksək olduğuna diqqət çəkdi. Polis öz vəzifələrindən sui-istifadə etdiyi üçün 2021-ci ildə polis qüvvələri 85 milyon təzminat ödəməli olub.

Nyu York Hüquq Departamentinin sözçüsü Nik Paolucci bildirib ki, məbləğin artmasında prokurorlar tərəfindən əvvəlki illərdə baş vermiş hadisələrin araşdırılması və məhkəməyə verilməsi mühüm rol oynayıb.

7NEWS.az

RƏYLƏR