"Adlarını "Azad söz” qoysalar da söz azadlığının, fikir plüralizminin mahiyyətindən əsla və əsla xəbərdar olmayanlar, sözün də, azadlığın da fəlsəfəsini dərk etməyənlər, hər cür riyakarlığa, böhtana, binamusluğa, anti-milli fəaliyyətə imza atanlar, ölkənin ən dəyərli, ən şərəfli insanlarını hədəfə alanlar heç şübhəsiz, bir gün qanun və məhkəmə qarşısında cavab verəcəklər. Bax o zaman məlum olacaq ki, sifariş haradan gəlib və bu namərd hücumlar, həmlələr hansı pulların, paraların müqabilində olub.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Tural Sadıqlı kimi əxlaqsızlar xaricdəki bəlli qüvvələrin aşnası, süpürgəsi və tulasıdır. Ona görə də belə ləyaqətsizləri hər kəs, hər yerdə ifşa etməli, onlara layiq olduğu yeri göstərməlidir.” - deyə Partiya sədri fikirlərinə davam edib.