Mayın 11-də Xızı rayonunun Qarabulaq kənd sakini H.İsmayılova Rayon Polis Şöbəsinə müraciət edərək, evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İcmal.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Oleq Larkov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Həmin qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb.
İcmal.Az