"Komissar Maykl Oflahertinin Azərbaycanda mühakimə olunan erməni canilərə azadlıq tələb etməsi sözün gerçək anlamında absurddur, biabırçılıqdır və Avropa Şurasının riyakarlığını göstərən növbəti əlamətdir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Belə addımlarla, belə sərsəm açıqlamaların kölgəsi ilə çox uzağa getmək olmaz. AŞPA bu barədə ciddi düşünməlidir və onsuzda bərbad olan imicinin daha da korlanmasına imkan verməməlidir.
Komissara isə məsləhətim budur ki, bilmədiyi şey haqda danışmasın. Çünki onun müdafiə etdiyi şəxslər müharibə cinayətkarlarıdır və həmin cinayətkarlar törətdikləri əməllərin miqyasına uyğun olaraq da öz layiqli cəzalarını alacaqlar.” – deyə Partiya sədri fikirlərinə davam edib.