Amma və lakin! Bəzən baxıram, ölkə həyatının ən həssas dönəmində sosial şəbəkələr elə cılız insanların əlində, ağuşunda aciz qalır ki, adam heyrətlənməyə bilmir.
Məsələn, Mehman Hüseynov "nümunəsi” üzərində dayanım. Hə, anladıq, danışır, çəkir, göstərir. Burası öz yerində. Fəqət, onun çəkib paylaşdıqları görəsən həqiqətənmi insanlar üçün maraqlıdır? Maraqlıdırsa, nəyi maraqlıdır və niyə maraqlıdır?
Bilirsinizmi, məlum mövzunu niyə qabardıram? Çünki xarici kəşfiyyatların əlində alət olan, həyatı boyunca bir kitabı əvvəldən axıra qədər oxumayan belə təlxəklərin ictimai təhlükəlilik dərəcəsi heç də afiyəddinkimilərdən az deyil. Tam əksi: yüz dəfə, min dəfə daha artıqdır. Fəqət, bir qrup insan 14 yaşlı Afiyəddini (tam haqlı olaraq) qınadığı halda 40-a yaxın yaşı olan Mehmanın cinayətkar statuslarına bəh-bəhlə layk qoyur, ona gurultulu şərhlər yazır, bu dələduzun, erməni əsilli agentin personasını süni şəkildə şişirdir.
Ya da olsun qolçomaq Əli Kərimlinin başının dəstəsi. Üzlərinə, gözlərinə bir dəfə də olsun baxmısınızmı belələrinin? Səslərinə, danışıqlarına, mitinq bağırtılarına, kiminsə şəninə alqış edərkən qışqırtılarına, çəpik çalmaqlarına nəzər yetirmisinizmi həmin zümrənin?
Gözlər hər şeyi o qədər açıq deyir ki...Gözlər gerçəkdən aynadır.
Hətta tibbin özündə belə beyin problemi (məsələn, xərçəng şübhəsi və s) zamanı ilk vasitə kimi "tomoqrafiya”dan istifadə olunmur, əvvəl göz həkimi tərəfindən göz dibi yoxlanılır! Bilirdinizmi bunu?
Şəxsən mən yeni bilmişəm...
Lütfi Zadənin bir rəsmi var. Hər dəfə baxanda vahimələnirəm. Gözlərində elə dərinlik var, sanki bütün dünya ora sığışıb. Dəryadır, ümmandır, sonsuzluqdur.
Sonra, bir də...təsadüfən ya da məcburiyyətdən tutaq ki, qayıdıb Seymur Həzinin, Fuad Qəhrəmanlının şəkilləri ilə baxışımı toqquşdurmalı oluram. Ölürəm, həmin an! Vallah-billah can çəkirəm. Elə bilirəm, yeddi qatımı söyürlər. Onların əvəzinə o nəzərdən, o oturuşdan, o notbuk tutuşundan, o pozadan, o qaraguruh ədasından özüm utanıram. Hətta yerin dibinə girirəm.
Bu neandertal kafalıların, daş dövründən qalmışların əlinə hakimiyyət vermək, onlara şans tanımaq olarmı? Bunların yazdığı bəsit yazıları, təbliğ etdikləri kustar dünyagörüşünü, paylaşdıqları sərsəm statusları bəyənmək olarmı? Belə qaramatlara, qaraguruh yığınına tərif söyləmək, dəstək vermək olarmı?
Olmaz, mənim əzizlərim. İnanın ki, olmaz. Həm mənəvi, faktiki cinayətdir deyə olmaz, həm günahdır deyə, həm də ayıb!
14 yaşlı Afiyəddin bəlkə də yaxşı müalicə alıb, evində ciddi tənbeh görüb, islah ola biləcək. Amma Mehman, Seymur, Fuad kimi qırxından sonra öyrənənlər əmin olun ki, heç zaman düzəlməyəcəklər...
Tanrı xalqımızı və dövlətimizi qorusun.
Əsas da daxildəki satqınlardan və binamuslardan!
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.