"Sülh olacaqmı? Mütləq olacaq. Proseslər də buna doğru gedir. Hərgah, hərdən Paşinyan ictimai rəyi öz üzərindən yayındırmaq, prosesi uzatmaq üçün müəyyən cəhdlər edir. Amma onun bu cəhdləri səmərə verməyəcək. Ermənistanın ara-sıra törətdiyi təxribatların da nəticəsi olmayacaq. Çünki bu dövlət təslim olub, uduzub və qarşıdakı mərhələdə edə biləcəyi tək şey labüd sülhlə barışmaqdır.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, hələ 30 illik işğal dövründə də belə olub. Çünki Ermənistan haqsızdır, Ermənistan ifşa olunub, Ermənistan həmin 30 illik işğal dövründə də, sonra da özünü bütün beynəlxalq təşkilaltlarda biabır edib.
Düşünürəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş verəcək və bu hadisədən sonra bölgədəki vəziyyət təməlli şəkildə yaxşıya doğru dəyişəcək", - deyə Partiya sədri əlavə edib.