ORDUMUZ DÜŞMƏNƏ ZƏRBƏ ÜSTÜNƏ ZƏRBƏ ENDİRİR...

OXUNUB: 1981 SİYASƏT

Üzeyir Cəfərov: "Atmalı olduğumuz lazımi addımları atacağıq...”

Ötən həftə Azərbaycan ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi bu günlərin əsas hadisəsi oldu. Ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500 və 2000 metrə çatır ki, bu da hərbi nöqteyi-nəzərdən ölkəmiz adına çox böyük strateji əhəmiyyət kəsb edir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu hadisəni axar.az-a şərh edərkən bir sıra diqqətçəkən məqamlara toxunub: "Azərbaycanın ordusu düşmənin xain hərəkətlərinin qisasını bir gün alacaqdı. Son iki ayda aparılan ciddi hazırlıqlardan sonra növbəti əməliyyat da uğurla nəticələndi. Əməliyyat təkcə Günnüt deyil, daha iki kəndin tutduğu əraziləri əhatə edirdi. Çox ciddi döyüşlər nəticəsində Azərbaycan tərəfindən cəmi bir itki oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi. Ermənilər həmin ərazidə çox az sayda hərbi postlar qurmuşdular, ona görə də buranı neytral bölgə adlandırırdılar.

 

Qabil Hüseynli ile ilgili görsel sonucu

Amma döyüş əməliyyatları başlayan zaman əraziyə Ermənistan ordusunun yeni dəstələri də cəlb edilmişdi. Ancaq Naxçıvan Əlahiddə Qoşunu müasir döyüş üsulları və texnikası hesabına qısa müddətdə erməniləri geri oturtdu. Nəticədə Ermənistanın nəzarət etdiyi, əslində isə Naxçıvana məxsus olan və Günnüt kəndi də daxil olmaqla sonradan neytral zona kimi tanınan ərazilər azad olundu”.

Politoloq bildirib ki, strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır:

"Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Çünki həmin yüksəkliklərdən İrəvana qədər olan əraziyə və İrəvan-Yexeqndzor-Laçın-Xankəndi yoluna tam nəzarət etmək və buradan istənilən zərbəni endirmək imkanlarını təmin edən ərazi artıq ordumuzun nəzarətindədir. Azərbaycan bununla döyüş meydanında çox böyük strateji qələbə əldə edə və lazım gələrsə, düşmənin təhdidlərinə qarşı bu ərazilərdən istifadə etməklə Ermənistana, Dağlıq Qarabağ və işğal altında olan ərazilərə güclü raket və artilleriya zərbələri endirə biləcək”.

Ekspertlər 2016-cı ilin aprel uğurlarından sonra növbəti dəfə ordumuzun belə bir uğuru təkrarlanmasını gələcək baxımdan çox önəmli sayırlar.

HÉrbi ekspert Ãzeyir CÉfÉrov ile ilgili görsel sonucu

Hərbi ekspert Üzeyir Cəfərov həm də bildirdi ki, bu cür məlumatların yayılması zamanı dövlət və dövlətçiliyin mövqeyini gözləməliyik: "Çünki bəzən elə xəbərlər olur ki, onlar bizə ziyan gətirə bilər. İstənilən halda silahlı qüvvələrimizin nümayəndələrinin nəzarət etdiyi ərazi Azərbaycan ərazisidir. 1992-ci ildə Azərbaycan ordusu tam formalaşmadığı bir zamanda ermənilər oranı da ələ keçirmişdi. Son vaxtlar Ermənistanda baş verən məlum gərginliklər döyüş bölgələrində də özünü göstərməkdədir. Əsgərlərimiz ağıl işlədərək, hərbin qaydalarından istifadə edərək həmin əraziləri öz nəzarətimizə tam şəkildə qaytarıblar”.

Ekspert bildirir ki, həmin ərazidə böyük bir döyüş əməliyyatı keçirməyə də ehtiyac olmayıb: "Ordumuz sadəcə lazım olan taktiki addımları atıb və bu gün həmin ərazilər etibarlı şəkildə ordumuzun nəzarətindədir. Bunu bu şəkildə demək olar. Ermənistan tərəfin bunu necə qələmə verəcəyinə gəlincə, Ermənistanın müdafiə nazirinin mətbuat katibi çox gülünc bir açıqlama verdi ki, guya Azərbaycan tərəfi onlara müraciət edib və ayın 6-7-də mülki şəxslərin oradakı qəbiristanlığı ziyarət etmələrini istəyib. Əvvəla, ermənilər həmin yerlərdə 90-cı illərdə bir salamat yer belə saxlamayıblar, hətta qəbir daşlarını belə dağıdıblar. Baxmayaraq ki, ora neytral ərazi idi. Ermənistan Müdafiə Nazirliyi nədən yaddan çıxarır ki, Azərbaycan Müdafiə Nazirliyinin onlarla heç bir əlaqəsi yoxdur. Belə olan halda Müdafiə Nazirliyimiz necə müraciət etdi? Azərbaycan mövqeyində qətidir. Biz artıq Şərur rayonundakı Günnüt kəndində olan mövqelərimizdə möhkəmlənmişik, əvvəlki təhlükələr yoxdur. İnsanlarımız bundan sonra o ərazilərə tam rahat şəkildə gedib gələcəklər”.

Günnüt kÉndi ile ilgili görsel sonucu

Hərbi ekspert baş verən son hadisələrin çox ciddi bir mesaj olduğunu da qeyd etdi: "Azərbaycan indiyə qədər dəfələrlə bəyan edib ki, ərazisindəki işğal faktı ilə heç vaxt barışmayacaq. Gec-tez ölkəmiz düşmənin işğalçılıq siyasətinə son qoyacaq. İndi də bu mesajlar bu cür hadisələrlə verilməkdədir. Azərbaycan onsuz da öz əraziləri çərçivəsində beynəlxalq qurumlarla mübarizə aparır ki, bizim haqqımız, hüququmuz tanınsın. Biz Ermənistan əraziləri ilə bağlı heç bir fikir səsləndirməmişik. Yeganə səsləndirdiyimiz fikirlər vaxtı ilə Azərbaycan əraziləri sayılan mahallarla bağlıdır. Digər məsələləri həll edəndən sonrakı danışıqlar prosesində bu məsələləri qaldıra bilərik. Bu da gələcəyin söhbətidir. İndiki məqamda Dağlıq Qarabağ və ətraf rayonlar, eləcə də, Ermənistanla həmsərhəd olan və işğal altında qalan bir neçə kəndlə bağlı danışıqlar gedir və Azərbaycan bunlarla bağlı lazımi addımlarını atacaq. Ermənistanın indiki rəhbərliyi əvvəlkindən daha avantürist, populist bir şəxsdir. Paşinyan Sərkisyandan çox qəddardır. Ondan istənilən təxribatı gözləmək olar. Amma Azərbaycan prezidenti də dəfələrlə deyib ki, biz görürük beynəlxalq normalar işləmir, lazımi addımlarımızı atacağıq. Bu addımları atmaq üçün əlimizdə kifayət qədər əsaslar var. Mənə gəlir ki, yaxın günlərdə keçiriləcək hərbi paradda ölkə başçısı lazımi mesajları verəcək. Bundan sonra da atmalı olduğumuz lazımi addımları atacağıq”.

İcmal.Az

RƏYLƏR