Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Cavadxan qəsəbəsində ümumilikdə 6 evdən oğurluq etmiş və cinayət izlərini itirmək məqsədi ilə həmin fərdi yaşayış evlərini yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini Arzu Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, A. Məmmədov sonuncu dəfə qəsəbə sakini Anar Əliyevə məxsus fərdi yaşayış evinə daxil olaraq oradan 1030 manat dəyərində müxtəlif ev əşyalarını oğurladıqdan sonra cinayət izlərini itirmək üçün evi yandırıb və nəticədə vətəndaşa külli miqdarda ziyan vurub. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin əlavə 5 oxşar cinayət hadisəsi törətdiyi məlum olub. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktlarla bağlı araşdırmalar davam etdirilir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video
21.10.2023, 21:39 / GÜNDƏM, HADİSƏ -
Bakıda uşaq bağçasının ərazisi 13 milyona satışa çıxarıldı (FOTOFAKT)
13.10.2023, 10:04 / GÜNDƏM, HADİSƏ -
VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
02.10.2023, 11:28 / GÜNDƏM, HADİSƏ -
Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
01.10.2023, 10:08 / GÜNDƏM, HADİSƏ -
“Türk Hava Yolları”nın Bakı ofisinin rəhbərinin sürücülük hüququ məhdudlaşdırla bilər
15.09.2023, 14:10 / GÜNDƏM, HADİSƏ -
Deputatın sürücülük hüququ məhdudlaşdırıla bilər (SƏBƏB)
15.09.2023, 14:07 / GÜNDƏM, HADİSƏ -
Turalənin işində adları hallanan şəxslər işdən çıxarıldı
26.07.2023, 12:35 / GÜNDƏM, HADİSƏ