PA-dan Cəmil Həsənlinin qızının videosuna sərt reaksiya – “TƏXRİBATDIR…”

OXUNUB: 582 SİYASƏT
Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Administrasiyasına və digər aidi dövlət qurumlarına  professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video”cinayətkarlığına aydınlıq gətirilməsini, göstərilən rəzil cinayətin təşkilatçı və icraçılarının ən tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıblar.

Bunu Pənah Hüseyn öz "Facebook” səhifəsində məlumat verib.

Prezident Administrasiyası müraciətə cavab olaraq bildirib ki, bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən  müxalifət-iqtidar münasibətlərinin normallaşması və taməhatəli siyasi dialoq  kursuna qarşı genişmiqyaslı təxribat hesab edirlır: "Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilmişdir və ən tez bir zamanda təqsirkarlar aşkarlanıb bu barədə ictimaiyyətə məlumat veriləcəkdir”. 

Daha sonra P.Hüseyn deyib ki, aparılan təhqiqat, ekspertiza göstərir ki, informasiya kirliliyi nəticəsində yaranan ilkin təəssüratlar yanlışdır, videodakı şəxslərin ümumiyyətlə C. Həsənlinin ailə üzvü ilə əlaqəsi olmadığı, "tamaşa” olduğu versiyası yəqinlik qazanmaqdadır.: "C.Həsənlənin ailə üzvü də bu barədə açıqlama verərək vidieodakı şəxslərin ona aidiyyatı olmadığını bildirmişdir. Heç şübhəsiz məsələyə cinayətin üstünün açılması və konkret təqsirkarların tapılıb cəzalandırılması nöqtə qoya bilər. Nəzərə alınmalıdır ki, bu məsələ artıq təkcə ayrı- ayrı fərdlərin  yox, həm də dövlətin şərəf məsələsidir”./Savash.org

RƏYLƏR