Pakistanda fabrikdə yanğın: 4 ÖLÜ, 13 YARALI

OXUNUB: 142 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərində fabrikdə yanğın baş verib. Qısa müddətdə alov böyüdükdən sonra fabrikin bəzi hissələri dağılıb, hadisə yerinə çoxlu yanğınsöndürən və ilk yardım qrupu göndərilib. Səlahiyyətlilər yanğına müdaxilə edən 4 yanğınsöndürənin hadisə yerində öldüyünü, 13 nəfərin yaralandığını bildirib. Xəsarət alanlar arasında 11 yanğınsöndürən və 2 mülki vətəndaşın olduğu, yaralıların müalicə olunmaq üçün xəstəxanaya aparıldığı bildirilib.

7NEWS.az

RƏYLƏR