Pakistanda güclü yağışlar ölüb: ölənlərin sayı 32-yə ÇATIB

OXUNUB: 117 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində balans artır. Ötən gün ölkə ərazisində yağan güclü yağış və dolu nəticəsində insan tələfatı 19-dan 32-yə yüksəlib. Xilasedici Xatir Əhməd bildirib ki, Hayber Paxtunxva əyalətinin Bannu, Lakki Marvat və Karak rayonlarına yağış və dolu düşüb, yıxılan ağacların elektrik qüllələrini yıxması nəticəsində 145 nəfər xəsarət alıb. Pakistanın şimal-qərb bölgələrində təsirli olan yağıntılar evlərə və yollara böyük ziyan vurub. Səlahiyyətlilər yaralılara təcili yardım göstərmək üçün çalışdıqlarını bildiriblər. Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Ərəb dənizindən yaxınlaşan "Biparjoy” qasırğası ilə əlaqədar səlahiyyətlilərə təcili tədbirlər görməyə göstəriş verib. Pakistan Fəlakət İdarəsi Agentliyi, saatda 150 kilometr sürətlə şiddətli və sıx bir siklonun ölkənin cənubuna doğru irəlilədiyini açıqladı.

7NEWS.az

RƏYLƏR