Papua Yeni Qvineyada 7 bal gücündə zəlzələ baş verib

OXUNUB: 121 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ötən gün yerli vaxtla saat 04:00-da Papua-Yeni Qvineyanın episentri olan Çambri gölündə 7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 62 kilometr olan zəlzələdə 4 nəfərin həyatını itirdiyi, 17 nəfərin yaralandığı bildirilib. Rəsmilər zəlzələdən zərər çəkmiş 23 kəndin böyük ziyan gördüyünü, 300-dən çox evin dağıldığını bildirib. Port Moresbi Geofizika Rəsədxanasının direktor müavini Metyu Moihoi bildirib ki, ərazidəki zərərin miqyasını anlamaq bir neçə gün çəkə bilər.

7NEWS.az

RƏYLƏR