Parisdə 43 il əvvəl sinaqoq hücumunun məhkəməsi başlayıb

OXUNUB: 123 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə sinaqoqda 4 nəfərin ölümü, 46 nəfərin yaralanması ilə nəticələnən bombalı hücumla bağlı iş bu gün başlayıb. 

Hücumda yeganə şübhəli şəxs olan Livan əsilli Kanada vətəndaşı Həsən Diab daha əvvəl ona qarşı irəli sürülən ittihamları rədd etmişdi. Fransalı müstəntiq hakiminin ona qarşı konkret dəlil gətirə bilmədiyini qeyd edən Diab bu səbəbdən Parisdəki dinləmələrə qatılmayacağını açıqlayıb. 

Kanadada yaşayan 69 yaşlı Hasan Diab 2014-cü ildə Fransaya ekstradisiya edilib və daha sonra həbs edilərək həbsxanaya göndərilib. 

Ancaq Fransa 2018-ci ildə hücumun yeganə şübhəlisini azad etməli oldu, çünki müstəntiq Diabın təqsirini konkret sübut edə bilmədi. 

7NEWS.az

RƏYLƏR