Parisdə pensiya islahatı əleyhdarlarına etiraz edən 120 nəfər saxlanılıb

OXUNUB: 212 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransanın baş naziri Elizabet Bornenin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahatla bağlı qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra islahatların əleyhdarları Parislə yanaşı, ölkənin müxtəlif şəhərlərində də küçələrə axışıb. İslahat əleyhinə minlərlə insan Parisdə, Milli Assambleyaya yaxın Konkord meydanında toplaşıb. Polislə nümayişçilər arasında gərgin anlar yaşansa da, meydandan evakuasiya edilən nümayişçilər ara küçələrə dağılıb.

7NEWS.az

RƏYLƏR