Parisin küçələri zibil yığınları ilə dolub

OXUNUB: 199 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransanın Dövlət Xərcləri Naziri Gabriel Attal, paytaxt Parisdə təmizlik işçilərinin tətili səbəbiylə yığılan zibillərin təhlükəsizlik və sağlamlıq üçün problem yaratdığını bildirdi.

Fransanın BFMTV kanalının xəbərinə görə, Attal təmizlik işçilərinin hərəkətinə toxunaraq, tətilə hörmətlə yanaşdığını, lakin bu səbəbdən paytaxt Parisdə yığılan zibillərin "təhlükəsizlik” və "sağlamlıq” problemi yaratdığını bildirib.

Attal buna qarşı tədbir görülməli olduğunu və məcburi işə qayıtma prosedurunun tətbiq oluna biləcəyini vurğulayıb.
 
7NEWS.az

RƏYLƏR