Əfqanıstanda bazar ertəsi günü səhər saatlarında iki partlayış baş verib.
Partlayışlardan biri paytaxt Kabildə baş verib.
Yerli mətbuatın məlumatına əsasən, partlayış xəbərlərini polis təsdiqləyib. Partlayışın motosikl idarə edən terrorçu-intiharçı tərəfindən törədildiyi bildirilir. Onun hədəfi Milli Təhlükəsizlik Direktorluğunun nümayəndələri olub.
İkinci partlayış Nanqahar vilayətində baş verib. Orada bir polis və beş sakin yaralanıb.
İcmal.Az