Paşa Məmmədov İlisuyskiyə qarşı hədə qorxu davam edir

OXUNUB: 1180 HADİSƏ

Dubayda Azərbaycanın sabiq vitse-konsulu, Ukraynada Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov İlisuyskiyə qarşı hədə qorxu, hədələmə və təhdid kampaniyası davam olunur.


Dubayda Azərbaycanın sabiq vitse-konsulu, Ukraynada Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov İlisuyskiyə qarşı hədə qorxu, hədələmə və təhdid kampaniyası davam olunur. 
Məsələ ilə əlaqədar Paşa Məmmədova əlaqə saxladığımız zaman aydın oldu ki, Ukraynada naməlum şəxslər tərəfindən izləndiyi, hədələndiyi və ictimai-siyasi fəaliyyətinə görə təhdid olunmasının davam etdilir. Paşa Məmmədovun Bildirdiyinə görə onun ünvanına naməlum şəxslər tərəfdən siyasi fəaliyyəti ilə bağlı təhdidlər davam olunmaqdadır. 2018-ci il oktyabr ayında Paşa Məmmədov döyüldüyündən sonra Polisə müraciyyət etməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Ukraynada onun siyasi fəaliyyəti ilə narazı olan çox qruplar mövcuddur. Bunlardan biri Ukraynada yaşayan etnik ermənilər Məmmədov Paşanın bir azərbaycanlı kimi Ukraynada Qafqaz Xalqlarının Konqresinə rəhbərlik etməsini, bununlada ümumən Qafqazın adından çıxış etməsi və Azərbaycanın mövgeyini Ukrayna ictimayyəti və siyasi arenasında qorumasını necə illərdi həzm edə bilməməsi. Digər tərəfdən Azərbaycanda siyasi fəaliyyəti ilə qarşı qarşıya qələn bir necə deputat və məmurların Ukraynada yaşayan adamları tərəfindən siyasi qisas ala biləcəkləri. Və Azərbaycanın Ukraynadakı səfirinin Paşa Məmmədova qarşı sifarişli siyasi təzigi, demək olar ki, elan olunmamış bir xaç yürüşü. İctimai və siyasi fəaliyyətlə məşgul olan soydaşımıza qarşı qondarma ittihamlarla cinayyət işinin açılması və bundan sonra ona qarşı təhdid və hədələrin sayının artması siyasi motivlərlə sifariş olunması heç bir şübhə doğurmur. 2018-ci ildə Kievdə yaşadığı evinin yanında döyülməsi ilə bitməmiş təziq və təhdidlər davam olunmaqdadır. Xəbər verildiyinə görə siyasətçiyə qarşı hədə qorxular, naməlum nömrələrdən təhqir və təhdid şəklində zənglər, izlənilmə və naməlum şəxslər tərəfindən ona psixoloji və fiziki təziglər 2019-cu ildədə davam etməkdədir. Öz həyatı təhlükəsizliyindən ciddi təhlükə ilə üzləşən siyasətçi Ukraynanı tərk etmək vəziyyətinə çatmışdır. Paşa Məmmədov öz açıqlamasında bildirir: «Son dövürlərdə üzləşdiyim təhlükədən siyasi aponentlərim məharətlə istifadə edirlər. Başıma bir iş gəlsə siyasi aponentlərim taxsırı bir birinin üstünə ataraq məsulliyətdən qaca biləcəklər. Elə 2018-ci ilin oktyabr ayındakı kimi. O vaxt məni döyənləri müəyyən edə bilmədiklərindən məsulliyətə cəlb olunan olmayıb. Mövcud vəziyyətdən istifadə edən siyasi aponentlərim mənə qarşı ayağ acıb və mənim ictimai fəaliyyətimlə əlaqədar təhdidlərlə dolu zənglər etməyə başlayıblar. Vaxtı ilə mən Dubayda Azərbaycanın vitse-konsulu işləyərkən mənim diplomatik fəaliyyətimdən əsaslı narazılıq keçirən Ererməni mənşəli iri şirkətlərin sahibləri tərəfindən bucür təziq və hədə qorxulara tab gətirə bilmədiyimə görə Dubaydan Kievə köçmək məcburiyyətində qaldım. İndi isə Kievdə ondanda geniş təhdidlərə və hədə qorxulara məruz qalmışam.»
Qeyd edək ki, Paşa Məmmədovun ictimai-siyasi fəaliyyəti həm Ukraynanı həmdə Azərbaycanı əhatə edir və artıq 4 ildir ki, o Azərbaycana qəlməməsinin səbəblərini müəyyən məmurların və deputatların onun siyasi fəaliyyəti ilə əlaqədar qısas ala biləcəklərindən çekinməsi ilə izah edir


İnterpress.az

RƏYLƏR