Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

OXUNUB: 545 SİYASƏT
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Bu barədə Nikol Paşinyan rəsmi "X” hesabında paylaşım edib.

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram,” – deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, N. Paşinyan ilk dəfə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

RƏYLƏR