Paşinyan Azərbaycanın qəzəbinə tuş gələ bilər – ŞƏRH

OXUNUB: 1177 SİYASƏT

Ermənistandakı Məxməri İnqilabın rəhbəri Nikol Paşinyan seçici kütləsini itirməmək üçün sonuncu ana kimi ayağa qalxmış kütlənin maraqlarına uyğun hərəkət edəcək. 

Bu barədə Oxu.Az-a Paşinyanın Qarabağ fikrini şərh edən politoloq Tofiq Abbasov deyib.

Paşinyan "Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmadan münaqişə ətrafında danışıqlar aparmaq olmaz” fikrindən imtina edərək bildirib ki, bu məsələdə güzəştə getmək niyyətinə deyil. 

Ekspertin fikrincə, məhz bu dalğaya görə Paşinyanda anti-Azərbaycan ritorikası yaranıb.

"Faktiki olaraq, o, yeni heç nə deməyib və siyasi rəqibi Serj Sarkisyanın Qarabağı Azərbaycandan birdəfəlik qoparmaqla bağlı fikirlərini təkrarlayıb. 

Bu kontekstdə Paşinyan iddia edir ki, etiraz hərəkatı nəticəsində Ermənistan ordusunun döyüş ruhu xeyli artıb”, - Abbasov deyib.

O əmindir ki, əgər hadisələrin kökünə baxsaq, Ermənistanda xaosun artacağını demək mümkündür.  

"Paşinyan baş nazir postuna seçkilərdə qələbə qazanmaq üçün mümkün yollardan istifadə edir. 

Ancaq 20 günlük xalq hərəkatı Ermənistan dövlətinin təməlini daha da sarsıdır. Əgər Paşinyan riskə getsə və sui-istifadə ritorikasından istifadə etsə, Azərbaycanın qəzəbinə tuş gələ bilər”, - Abbasov qeyd edib. 

Ekspert əlavə edib ki, hələlik Bakı fasilə verib, Ermənistanda baş verən hadisələri diqqətlə izləyir və ümid edir ki, dialoq aparmaq üçün bu ölkə rəhbərliyinə adekvat şəxs gələcək. 

"Əgər Paşinyan və ya başqası siyasi səhvləri təkrar etsə, buna görə bütün Ermənistan əziyyəti çəkəcək”, - Abbasov bildirib.

İcmal.Az

RƏYLƏR